İrandakı etirazların arxasında 3 ölkə dayanır

İrandakı etirazların arxasında 3 ölkə dayanır
  02 Yanvar 2018    Oxunub:3745
İrandakı etirazların arxasında ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanı durur.
AzVision.az-ın məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamhani deyib. Onun sözlərinə görə, bu ölkələr sosial şəbəkələrdə etiraz aksiyalarının keçirilməsi ilə bağlı aparılan kampaniyaya rəhbərlik edirlər:

Belə ki, İran tərəfindən aparılan təhlillərə əsasən, rəsmi Tehran əleyhinə yeni “heşteq”lərin 27 faizi Səudiyyə rəhbərliyi tərəfindən yaradılıb: “ Bu İranın inkişafına qarşı yönəlmiş xarici müdaxilədir. Hesab edirəm ki, etirazlar bir neçə gündən sonra başa çatacaq”.

Qeyd edək ki, dekabrın 28-dən İranın bir çox şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı 10 nəfərin öldüyü bildirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İran   ABŞ   etiraz   nümayiş  





Xəbər lenti