İranda ölənlərin sayı 20 nəfərə çatıb

İranda ölənlərin sayı 20 nəfərə çatıb
  02 Yanvar 2018    Oxunub:1714
İranda keçirilən etiraz aksiyaları zamanı bu gecə daha 9 nəfər ölüb.

AzVision.az xəbər verir ki, bunu “Sky News” İranın dövlət televiziyasına istinadən məlumat verib.
Bildirilib ki, bununla da aksiyalarda ölənlərin sayı 20 nəfərə çatıb. Ölənlərin içərisində 11 yaşlı uşaq da var. Eyni zamanda Tehranda etiraz edən 450 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: İran  





Xəbər lenti