Atəşkəs pozulub

Atəşkəs pozulub
  26 Sentyabr 2013    Oxunub:982
Cəbhə xəttində atəşkəs pozulmaqda davam edir.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

Ağdam rayonunun Yusifcanlı, Novruzlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında, Goranboy, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti