"Qəbələ"nin hücumçusu "Sumqayıt"a keçdi

"Qəbələ"nin hücumçusu "Sumqayıt"a keçdi
  02 Yanvar 2018    Oxunub:2261
"Sumqayıt" dövrələrarası fasilə zamanı Elnur Abdullayev və Nicat Qurbanovdan sonra növbəti transferini reallaşdırıb.
AzVision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda "Qəbələ"nin üzvü Ülvi İsgəndərovu icarəyə götürüb. 1997-ci il təvəllüdlü futbolçu "Sumqayıt" ilə 1,5 illik müqavilə imzalayıb. Ülvi yeni klubunda 70 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Ülvi İsgəndərov cari mövsümdə "Qəbələ"nin əvəzedici komandasının heyətində 13 qol vurmaqla bombardirlik siyahısında ilk pillədə qərarlaşıb.

AzVision.az


Teqlər: Qəbələ   Sumqayıt  





Xəbər lenti