"Üsyan üçün pul və casuslardan istifadə edilir" - Xamneyi

"Üsyan üçün pul və casuslardan istifadə edilir" - Xamneyi
  02 Yanvar 2018    Oxunub:15354
"Düşmənlərimiz ölkəmizdə üsyan təşkil edirlər"
Bunu İranın ali lideri Ayətullah Əli Xamneyi etiraz aksiyaları ilə bağlı ilk açıqlamasında deyib. Bildirib ki, bu üsyan üçün pul, silah və casuslardan istifadə edilir.

İranda keçirilən etiraz aksiyalarında ölənlərin sayı 20 nəfərə çatıb. Ötən gün təkcə Tehranda 450 nəfərin saxlandığı bildirilir.

Xatırladaq ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir.

AzVision.az


Teqlər: İran   Etiraz  





Xəbər lenti