Moldova prezidentinin səlahiyyətləri dayandırıldı

Moldova prezidentinin səlahiyyətləri dayandırıldı
  03 Yanvar 2018    Oxunub:2023
Moldovanın Konstitusiya Məhkəməsi prezident İqor Dodonun səlahiyyətlərini müvəqqəti dayandırıb.
AzVision.az "Interfax"a istinadən xəbər verir ki, məhkəmə bu barədə hakim koalisiyadan olan bir qrup deputatın sorğusu əsasında qərar qəbul edib.

Məhkəmənin qərarı Dodonun ötən həftə Baş nazir tərəfindən təklif olunan beş nazirin və baş nazirin iki müavininin namizədliyini təkrarən rədd etməsinə əsaslanır. Ölkə qanunvericiliyinə görə, prezident namizədlikləri yalnız bir dəfə qəbul etməmək hüququna malikdir.

AzVision.az



Teqlər: Moldova   Prezident  





Xəbər lenti