Gürcüstandan maşın gətirənlərə bəd xəbər: “Perekidka” qadağan olundu

Gürcüstandan maşın gətirənlərə bəd xəbər: “Perekidka” qadağan olundu
  03 Yanvar 2018    Oxunub:45756
Yanvarın birindən Gürcüstanda sükanı sağda olan avtomobillərdə sükanın yerinin dəyişdirilməsi qadağan olunur. Bu barədə AzVision.az “Novosti – Qruziyaya” istinadən xəbər verir.
Məlumata əsasən daha əvvəl sükanın yeri dəyişdirilən avtomobillər isə texniki baxışdan keçiriləcək.

Bundan əlavə, sükanı sağda olan avtomobillərə faraların tənzimlənməsi istisna olmaqla başqa tələblər şamil olunmur.

Bununla da Azərbaycandan olan alıcılar Gürcüstandan maşın gətirərkən bu ölkədə avtomobillərin sükanını sağdan sola keçirə bilməyəcəklər.

Qeyd edək ki, 1 yanvar 2018-ci il tarixindən etibarən Gürcüstanda avtomobillər məcburi qaydada texniki baxışdan keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Gürcüstan   Maşın  





Xəbər lenti