Zərifdən Trampa mesaj: "Cinayətkarlara imkan verilməyəcək"

Zərifdən Trampa mesaj: "Cinayətkarlara imkan verilməyəcək"
  03 Yanvar 2018    Oxunub:2861
İranın təhlükəsizliyi və sabitliyi öz xalqına bağlıdır. AzVision.az xəbər verir ki, bunu “Twitter” mikrobloqunda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yazıb.
“İranın təhlükəsizliyi və sabitliyi öz xalqına bağlıdır və Trampın yaxın regional dostlarının idarə etdiyi xalqlardan fərqli olaraq İran xalqının səsvermə və etiraz etmək hüquqları var. Çətinliklərlə əldə olunan hüquqlar qorunacaq və cinayətkarlara heç vaxt zorakılıq və vandalizm yolu ilə insanların hüquqlarınıın pozmasına imkan verilməyəcək”, - deyə Zərif vurğulayıb.



Qeyd edək ki, dekabrın 28-də İranda etiraz aksiyaları keçirilib. Bu aksiyalar zamanı etirazçılarla hakimiyyətin təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində 27 dinc nümayişçinin öldüyü barədə xəbərlər yayılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İran   Zərif  





Xəbər lenti