Şimali və Cənubi Koreya barışır

Şimali və Cənubi Koreya barışır
  03 Yanvar 2018    Oxunub:2006
Şimali Koreya və Cənubi Koreya rəsmiləri arasında telefon danışığı olub.
AzVision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, müzakirələrin detalları hələlik açıqlanmayıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib ki, müzakirələrdə Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsinə toxunulmasa, Birləşmiş Ştatlar bu danışıqlara ciddi yanaşmayacaq.

Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreya Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında milli komandasının iştirakı məsələsində danışıqlara başlamağa hazır olduğunu bildirmişdi.

AzVision.az


Teqlər: Koreya  





Xəbər lenti