Futzalçımız Braziliya klubuna keçib

Futzalçımız Braziliya klubuna keçib
  03 Yanvar 2018    Oxunub:1579
Bu mövsümün yarısını “Araz”da keçirən millimizin futzalçısı Karvalho dos Santos Vilela karyerasını vətənində davam etdirəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi "Facebook" səhifəsində məlumat paylaşılıb.

Belə ki, Vilela dünən “Copagril” komandası ilə bu ilin iyun ayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, “Araz”ın heyətində Yüksək Liqada 12, UEFA Kubokunda isə 3 oyunda forma geyinən Karvalho dos Santos 9 (YK-7, UK-2) qol vurub. O, millinin heyətində İranda təşkil edilən turnirdə isə 3 oyunda meydana çıxıb və rəqib torunu 3 dəfə silkələyib.

AzVision.az


Teqlər: Futbol   Futzal   Brazilya  





Xəbər lenti