Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb

Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb
  03 Yanvar 2018    Oxunub:1600
Fransada yerləşən Eyfel qülləsi müvəqqəti olaraq ziyarətçilər üçün bağlanıb.
AzVision.az-ın məlumatına görə, buna səbəb Fransa paytaxtında tüğyan edən "Eleanor" qasırğasıdır.

Sürəti saatda 140 kilometrə çatan güclü külək səbəbindən ölkənin 51 departamentində narıncı təhlükə səviyyəsi tətbiq olunub.

Fransa Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, təbii fəlakət nəticəsində 9 nəfər xəsarət alıb, 200 mindən artıq ev isə işıqsız qalıb.

AzVision.az


Teqlər: Fransa   Eyfel  





Xəbər lenti