Hacı Əliyev 36 min dollarlıq müqavilə imzaladı

Hacı Əliyev 36 min dollarlıq müqavilə imzaladı
  03 Yanvar 2018    Oxunub:4499
Azərbaycanın 2 sərbəst güləşçisi yanvarın 9-da start götürəcək Hindistan Liqasında mübarizə aparacaq.
Bunlar 3 qat dünya çempionu Hacı Əliyevlə dünya çempionatının mükafatçısı Aslanbek Alborovdur.

65 kq çəki dərəcəsində yer alan Əliyev 36 min dollarlıq müqaviləyə imza atıb. 92 kq çəkidəki Alborovun anlaşmasının dəyəri isə 28 min dollardır. Onlar ayrı-ayrı klubların heyətində çıxış edəcəklər.

Qaydalara əsasən, hər bir klubun heyətində 5 kişi və 4 qadın güləşçi çıxış etməlidir.

Qeyd edək ki, Pro Wrestling League adlanan yarış 3 ildir keçirilir. (Report)

AzVision.az


Teqlər: Hacı-Əliyev   Güləş  





Xəbər lenti