Tramp İran xalqına kömək vəd etdi

  03 Yanvar 2018    Oxunub : 878
Tramp İran xalqına kömək vəd etdi
ABŞ prezidenti Donald Tramp yenidən İran xalqına müraciət edib.
AzVision.az xəbər verir ki, Tramp “Twitter” səhifəsində etirazçı iranlılara dəstək verəcəyini yazıb.

“Siz uyğun zamanda Birləşmiş Ştatların dəstəyini görəcəksiniz”- Tramp qeyd edib.

Qeyd edək ki, dekabrın 28-dən Tehran, Məşhəd və Kermanşah daxil olmaqla İranın bir neçə şəhərində kütləvi etiraz aksiyaları keçirilib. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib. Aksiyalar zamanı 20-dən çox adam ölüb.

AzVision.az

Teqlər: Tramp   ABŞ   İran