Yeni ilin ilk günündə 386 min körpə doğulub

  03 Yanvar 2018    Oxunub : 634
Yeni ilin ilk günündə 386 min körpə doğulub
UNICEF 2018-ci ilin ilk günündə dünyaya gələn uşaqların sayını açıqlayıb.
Təşkilatın yaydığı hesabatda 1 yanvar 2018-ci il tarixində 386 min körpənin dünyaya gəldiyi vurğulanıb.

Qeyd olunub ki, körpələrin 90 faizi az inkişaf etmiş ölkələrdə dünyaya gəlib. Doğuşların yarısından çoxu əsasən, 9 ölkədədir. Hindistanda 69010, Çində 20210, Demokratik Konqo Cümhuriyyətində 9400, Efiopiyada 9020 və Banqladeşdə 8370 körpə doğulub.

AzVision.az

Teqlər: UNİCEF