“ABŞ-ın blokadasına son qoyulmalıdır” – Aİ rəsmisi

  04 Yanvar 2018    Oxunub : 595
“ABŞ-ın blokadasına son qoyulmalıdır” – Aİ rəsmisi

ABŞ tərəfindən Kubaya ticari-iqtisadi blokadanın tətbiqi yolverilməzdir.

AzVision.az xəbər verir ki, bu barədə Kubda səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini bildirib.

“Blokada həll yolu deyil, biz bunu dəfələrlə BMT-də ABŞ-da olan tərəfdaşlarımıza demişik”, - deyə Mogerini vurğulayıb.

Kuba XİN-in “Twitter”-də yaydığı məlumata əsasən, Mogerini bəyan edib ki, Avropa İttifaqı ABŞ-ın blokadasına son qoyulması üçün işləri davam etdirəcək.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: ABŞ     Mogerini