İran Trampdan BMT-yə şikayət etdi

İran Trampdan BMT-yə şikayət etdi
  04 Yanvar 2018    Oxunub:1496
İran daxili işlərinə qarışmaqda ittiham etdiyi Amerika Birləşmiş Ştatlarını (ABŞ) Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət edib.
AzVision.az-ın məlumatına görə, bununla bağlı İranın BMT yanında daimi nümayəndəsi Qulaməli Xosrov təşkilatın baş katibi Antonio Quterreşə məktub ünvanlayıb.

Məktubda qeyd olunur: “ABŞ hökuməti İranda keçirilən etiraz aksiyalarına dəstək vermə bəhanəsilə ölkənin daxili işlərinə qarışma fəaliyətlərini artırıb. ABŞ prezidenti və vitse-prezidenti çoxsaylı “tweet”ləri ilə iranlıları təhrikedici fəaliyyətə təşviq edib. Tramp administrasiyasının İranla bağlı açıqlamaları qınanılmalıdır”.

Kənan Məmmədov
AzVision.az


Teqlər: İran   ABŞ   BMT  





Xəbər lenti