Ukrayna Azərbaycanın almaq istədiyi raketləri göstərdi – VİDEO

Ukrayna Azərbaycanın almaq istədiyi raketləri göstərdi – VİDEO
  04 Yanvar 2018    Oxunub:23759
Ukraynada “Qrom-2” operativ-taktiki raketləri sınaqdan keçirilib.
AzVision.az xəbər verir ki, sınaqlara dair videomaterial Ukrayna Milli Sənaye portalının saytında yerləşdirilib.

“Qrom-2” operativ - taktiki raketləri 280 kilometr məsafədə olan hədəfləri vurmaq qabiliyyətinə malikdir ki, bu da taktiki-texniki parametrlərinə görə “İsgəndər-M” raketlərinin göstəricilərinə yaxındır.

Qeyd edək ki, Ukrayna Hərbi Sənayesi bir neçə il bundan əvvəl raket üzərində işlərə başlayıb. Lakin onun kadrları ilk dəfə yayılıb. Raketin hazırlanmasında belaruslu mütəxəssislər də iştirak edib. Raketlər Belarus istehsalı olan mobil platforma üzərində yerləşdirilib.

Xatırladaq ki, bir müddət əvvəl bir neçə xarici KİV Azərbaycanın “Qrom-2” raketləri ilə maraqlandığını yazmışdı. Azərbaycanın gələcəkdə bu raketləri alacağı istisna edilmir.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Qrom-2   Ukrayna   Azərbaycan  





Xəbər lenti