Suriyada Rusiyanın 7 təyyarəsi məhv edilib: 10-dan çox hərbçi yaralanıb

Suriyada Rusiyanın 7 təyyarəsi məhv edilib: 10-dan çox hərbçi yaralanıb
  04 Yanvar 2018    Oxunub:3354
Suriyada radikal islamçılar Rusiyanın “Hmeymim” aviabazasına hücum edib.

AzVision.az-ın xəbərinə görə, bu barədə “Kommersant” qəzeti hərbi-diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, hadisə dekabrın 31-də baş verib. Minaatanlarla edilən hücumda Rusiyanın ən azı 4 ədəd “Su-24” bombardmançı təyyarəsi, 2 ədəd “Su-35S” qırıcı təyyarəsi və 1 ədəd “An-7”2 hərbi-nəqliyyat təyyarəsi məhv edilib.

Eyni zamanda silahların olduğu anbarda partlayış baş verib. 10-dan çox rusiyalı hərbçinin yaralandığı bildirilir. Mənbə əlavə təfsilatlar verməyib. Rusiya Müdafiə Nazirliyi isə iddiaları təkzib edib. Nazirlik yalnız Suriyanın Hama əyalətində helikopterin qəzaya uğraması barədə məlumat yayıb.

Qeyd edək ki, Rusiyanın “Mi-24” tipli helikopteri dekabrın 31-də Suriyada tapşırıq icra edən zaman qəzaya uğrayıb. Qəza nəticəsində hər iki pilot ölüb. Hadisə ilə bağlı məlumat isə yanvarın 3-də yayılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Suriya   Rusiya  





Xəbər lenti