Ərdoğan kadr islahatlarına hazırlaşır - 18 nazir dəyişəcək

Ərdoğan kadr islahatlarına hazırlaşır - 18 nazir dəyişəcək
  04 Yanvar 2018    Oxunub:1373
Türkiyədə yanvar ayında Nazirlər Kabinetinin tərkibi dəyişdirilə bilər.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

İddia olunub ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qurultayını gözləmədən yanvar ayında kabinet dəişikliyinə gedəcək.

Məlumata görə, Nazirlər Kabinetində dəyişəcək nazirlərin sayının 18 olacağı bildirilir.

Türkiyə hökuməti isə hələlik məsələyə münasibət bildirməyib.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti