Rusiya Müdafiə Nazirliyi "Hmeymim" bazasına hücumu təsdiqlədi

Rusiya Müdafiə Nazirliyi "Hmeymim" bazasına hücumu təsdiqlədi
  04 Yanvar 2018    Oxunub:1746
Rusiya Müdafiə Nazirliyi Suriyada radikal islamçıların “Hmeymim” aviabazasına hücumunu təsdiq edib.
AzVision.az-ın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçular 2017-ci ilin dekabrın 31-də “Hmeymim” aviabazasına minaatanlardan hücum edib. Nəticədə iki hərbçi ölüb.

Bildrilib ki, hücum nəticəsində 7 hərbi təyyarənin məhv edilməsi haqqında xəbər özündə həqiqəti əks etdirmir.

Qeyd olunub ki, hazırda Suriyanın təhlükəsizlik orqanları tərəfindən hücumda iştirak edən silahlıların axtarışı və məhv edilməsi istiqamətində tədbirlər görülür.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Suriya   terror  





Xəbər lenti