Karbon borudan ilk kompüter yaradıldı

Karbon borudan ilk kompüter yaradıldı
  26 Sentyabr 2013    Oxunub:1250
Karbon nanoborulardan ilk kompüter yaradılıb.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, kompüter tamamilə karbon nanoborulardan hazırlanıb. Karbon nanoborular karbon atomlarından ibarət boş silindrdən təşkil olunub.



`Cedric` adlı sadə maşın digər silikon modellərdən daha kiçik, sürətli və effektivdir. Onun vasitəsilə kompüterlə bağlı istənilən problemi həll etmək mümkündür. `Cedric` saymaqla və rəqəmləri sıralamaqla əsas iki əməliyyat sistemi ilə işləyir. Bundan başqa, digər karbon əsaslı kompüterlərdən fərqli olaraq, sistem hər dəfə doğru cavab verir.

Stenford universitetinin mühəndisləri bu yeniliyi `Nature` jurnalında çap ediblər. Mühəndislərə görə, onların nailiyyəti silikon çipləri əvəz edə biləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti