İranda yüzlərlə insan küçələrə çıxdı - Ruhaniyə dəstək aksiyası

İranda yüzlərlə insan küçələrə çıxdı - Ruhaniyə dəstək aksiyası
  04 Yanvar 2018    Oxunub:2060
İranın qərbində yerləşən Həmədan şəhərində ölkə rəhbərliyinə dəstək mitinqləri keçirilir.

AzVision.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, nümayişçilər əllərində İran prezidenti Həsən Ruhani, dini lider Əli Xameneyinin portretlərini tutaraq şəhərlərin küçələrinə çıxıblar. Onlar hökumətin lehinə şüarlar səsləndirirlər.
Qeyd edək ki, dekabrın 28-də İranda etiraz aksiyaları keçirilib. Bu aksiyalar zamanı etirazçılarla hakimiyyətin təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində 27 dinc nümayişçinin öldüyü barədə xəbərlər yayılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İran   Ruhani   Etiraz  





Xəbər lenti