Bu ölkədə qara rəngli maşınlara qadağa qoyuldu

Bu ölkədə qara rəngli maşınlara qadağa qoyuldu
  04 Yanvar 2018    Oxunub:5703
Türkmənistanda qara rəngli avtomobillərin istifadəsi qadağan olunub.
Xarici KİV-lərin məlumatına görə, qərar ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun ağ rəngə olan sevgisindən qaynaqlanıb.

Qeyd edək ki, 2015-ci ildə qara rəngli avtomobillərin ölkəyə idxalına qadağa qoyulüb, rəsmi şəxslərə ağ rəngli avtomobillərdən istifadə etmək təlimatı verilib.

2018-ci ildən əhali də qara avtomobildən istifadə etməyəcək. Maşını qara rəngdə olan insanlar isə onu başqa rəngə boyayacaqlar.

AzVision.az


Teqlər: Türkmənistan  





Xəbər lenti