Mikayıl Cabbarov planlardan danışdı

Mikayıl Cabbarov planlardan danışdı
  26 Sentyabr 2013    Oxunub:1069
“Azərbaycanda bütün təhsil pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi nəzərdə tutulur”.
AzVision.az xəbər verir ki, xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov deyib. O bildirib ki təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlərin yaradılması və bunun üçün Azərbaycanda bütün təhsil pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi, təhsildə idarəetmənin təkmilləşdirilməsi, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinin yaradılması, təhsil müəssisələrinin müstəqilliyinin artırılması, təhsil sahədinə müasir qiymətləndirmə sisteminin yaradılması, peşə təhsili infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsi, müəllim hazırlığının gücləndirilməsi, nəticələrə əsaslanan diferensial əmək haqqı və müküfatlandırma sisteminin yaradılması kimi məsələlərin həlli nəzərdə tutulur”.

“Təhsil dünyanın hər yerində ən həssas və əhəmiyyətli sahələrdən biridir və istənilən ölkədə bu sahədə qarşıya çıxan problemlər əksər hallarda çox oxşardır. Bu isə bizə imkan verir ki, onları tək qarşılamayaq”,-deyə Cabbarov bildirib.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti