“İlham Əliyevin bu sözləri sadəcə şüar deyil”

“İlham Əliyevin bu sözləri sadəcə şüar deyil”
  26 Sentyabr 2013    Oxunub:3548
“Ölkəmiz sürətlə inkişaf etdikcə və qlobal cəmiyyətə qovuşduqca onun qarşısında yeni imkanlar açılır və yeni çağırışlar peyda olur”.
AzVision.az xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, Azərbaycanın sürətli inkişafının təbii nəticəsi olan bu çağırışların həlli davamlı inkişafın təmin olunması üçün həyati əhəmiyyət kəsb edir:

“Belə strateji məsələlərdən biri insan kapitalının inkişaf etdirilməsidir. Bu məcrada Cənab İlham Əliyevin irəli sürdüyü “qara qızılın insan kapitalına çevrilməsi” sözləri bizim üçün sadəcə şüar deyil, fəaliyyət proqramıdır. İnsan kapitalının inkişafı vəzifəsi təhsil sisteminin yeni səviyyəyə qalxması, onun keyfiyyət və effektivliyinin artırılması olmadan yerinə yetirilə bilməz. Dünya iqtisadiyyatında baş verən dəyişikliklər nəticəsinə biliklər gəlir mənbəyi kimi fiziki kapitalı əvəz edir. Yeni texnologiya və innovasiyaların cəmiyyətə və iqtisadiyyata olan təsiri hamımızın həyat və iş tərzini kökdən dəyişməkdə davam edir. Yeni bilik iqtisadiyyatında təhsilin əhəmiyyəti daha da artır. Yüksək ixtisasli əmək qüvvəsinə malik olmayan ölkələrin qlobal bazarda gedən rəqabətə davam gətirmək şansı çox azdır. Təhsil sisteminin belə yüksək ixtisaslı mütəxəssislər hazırlama qabiliyyəti ölkənin rəqabətliliyinə birbaşa təsir edir və milli təhlükəsizlik məsələsi kimi tanınmalıdır”.

Sevinc İltifatqızı



Teqlər:





Xəbər lenti