Trampdan növbəti qadağa - Mobil telefon işlədilməyəcək

  04 Yanvar 2018    Oxunub : 2284
Trampdan növbəti qadağa - Mobil telefon işlədilməyəcək
ABŞ prezidenti Donald Tramp Ağ evdə mobil telefonlardan istifadəyə qadağa qoyub.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, gələn həftədən qüvvəyə minəcək qadağa Ağ evin əməkdaşları ilə yanaşı qonaqlara da şamil olunacaq.
Bildirilib ki, yeni sistemin tətbiqi təhlükəsizliklə əlaqədardır. Bu səbəbdən işçilər hökumət tərəfindən onlara verilən mobil qurğular vasitəsi ilə əlaqə saxlayacaqlar.

AzVision.az

Teqlər: Ağ-Ev   ABŞ   Tramp   Telefon   Qadağa