`Putin heç vaxt vədinə xilaf çıxmayıb`
“O həmişə verdiyi sözü tutub. Vladimir Putin çox ağıllıdır, bizim həmişə gözəl münasibətlərimiz olub” – CNN-ə müsahibəsində Klinton vurğulayıb.
Rusiya prezidentinin nə vaxtsa verdiyi vədə xilaf çıxması barədə suala keçmiş Amerika lideri bu cür cavab verib: “Heç vaxt. O həmişə verdiyi sözü tutub”.
Suriyanın kimyəvi silah arsenalına beynəlxalq nəzarət barədə Rusiya-Amerika təşəbbüsünə toxunan Klinton deyib: “Hadisələrin inkişafını gözləmək lazımdır. Belə məsələlərdə hadisələrin mənfi istiqamətdə inkişafını nəzərə alaraq yaxşı nəticə əldə etmək üzərində işləmək lazımdır və bu imkandan yararlanmamaq dəhşətli səhvə yol verə bilər.”
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


