Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

  05 Yanvar 2018    Oxunub : 488
Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

Nyu-Yorkda hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkun qubernatoru Endryu Kuomo açıqlama verib.

Qubernator “Twitter” səhifəsində qeyd edib ki, güclü qar yağması və soyuq hava səbəbindən fövqəladə vəziyyət Nyu-York şəhərində, Uestçester dairəsində və Lonq-Aylend adasında tətbiq olunur.

Nyu-York şəhərinin meri Bill de Blazio bütün məktəblərin bağlanmasına göstəriş verib, şəhər sakinlərinə evdə qalmağı tövsiyə edib. Con Kennedi adına Nyu-York Beynəlxalq Aeroportu əlverişsiz hava şəraitinə görə təyyarə qəbulunu və uçuşunu dayandırıb.

AzVision.az

Teqlər: ABŞ