FTB Klintona qarşı yeni yoxlamalara başladı

FTB Klintona qarşı yeni yoxlamalara başladı
  05 Yanvar 2018    Oxunub:2093
Federal Təhlükəsizlik Bürosu (FTB) “Clinton Foundation” xeyriyyə fondunun fəaliyyəti ilə bağlı ABŞ prezidentliyinə sabiq namizəd Hillari Klintona qarşı yeni araşdırmaya başlayıb.
AzVision.az “Hill”nəşrinə istinadən xəbər verir ki, FTB Klintonun dövlət katibi olduğu vaxtda fondun fəaliyyəti ilə maraqlanır.

FTB ölkələrin xeyriyyəçilik fonduna ianələrin etməsindən sonra dövlət tərəfindən kömək alıb-almamasını araşdırır. Bundan əlavə, təşkilatın vergi qanunvericiliyinə uyğun olub-olmadığı yoxlanılır.

Hillari Klitonun nümayəndələri və “Clinton Foundation” hələlik məsələ ilə bağlı açıqlama verməyib

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Hillari-Klinton   ABŞ  





Xəbər lenti