Qurban Qurbanovun millidə ilk rəqibi məlum oldu

Qurban Qurbanovun millidə ilk rəqibi məlum oldu
  05 Yanvar 2018    Oxunub:1545
Milli komandamızın yoldaşlıq oyunu keçirəcəyi rəqibi müəyyənləşib.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz yanvarın 30-da Türkiyənin Antalya şəhərində Moldova yığması ilə qarşılaşacaq. Bu, Q.Qurbanovun millinin baş məşqçisi vəzifəsində ilk oyunu olacaq.

Xatırladaq ki, millimizin fevralın 2-də Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirəcəyi ilə bağlı daha əvvəl xəbər vermişdik.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: AFFA   Milli  





Xəbər lenti