Külək qatarı aşırdı, 8 nəfər yaralandı - VİDEO

Külək qatarı aşırdı, 8 nəfər yaralandı - VİDEO
  05 Yanvar 2018    Oxunub:1580
İsveçrədə güclü külək qatarı relsdən çıxardaraq aşırıb.

AzVision.az xəbər verir ki, hadisənin görüntülərini əks etdirən video “YouTube” videohostinqində yerləşdirilib.
Hadisə Bern kantonunda, Lenk şəhəri yaxınlığında baş verib. Kadrlardan aydın şəkildə görünür ki, küləklə əlaqədar vaqonlardan biri reysdən çıxaraq aşır. İnsident nəticəsində 8 nəfər yaralanıb.

Qeyd edək ki, çərşənbə günündə İsveçrədə “Burqlind” qasırğası tüğyan edir. Küləyin sürəti saatda 200 kilometrə çatıb.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Qatar   Külək  





Xəbər lenti