Şampun qabında tiryək tapıldı
Daha bir bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə 3 saylı İstintaq Təcridxanasında 1985-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.2; 177.2.4; 185.1 maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Nazim Xəlil oğlu Əsgərovun zəruri istintaq hərəkətlərinin keçirilməsindən sonra təcridxanaya qaytarılan zaman üzərinə baxış keçirilərkən əynində olan alt paltarının içində gizlətdiyi 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və ona məxsus şampun qabının içərisində sellofana bükülərək gizlədilmiş xalis çəkisi 2,161 qram narkotik maddə olan “tiryək” aşkar olunaraq götürülüb.
Faktlar üzrə araşdırmalar aparılır.
AzVision.az