ABŞ-da qar fırtınası: 14 ölü

ABŞ-da qar fırtınası: 14 ölü
  05 Yanvar 2018    Oxunub:1385
ABŞ-ın şərq sahillərində güclü külək və şaxta ilə müşayiət olunan qar fırtınası nəticəsində azı 14 nəfər həlak olub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, onlardan yeddisi qəza nəticəsində həyatını itirib. Artıq Nyu-Yorkun qubernatoru Endryu Kuomo əlverişsiz hava şəraiti ilə əlaqədar ştatda fövqəladə vəziyyət rejimi elan edib. Belə ki, bəzi rayonlarda qarın qalınlığı 46 santimetrə çatıb.

Təbii fəlakətin davam etdiyi bir çox şəhərdə məktəblər və dövlət müəssisələri bağlanıb. ABŞ aviakompaniyaları son iki gündə 5 min reysi təxirə salıb.

AzVision.az


Teqlər: ABŞ   Fırtına  





Xəbər lenti