Aralıq dənizində 3 mindən çox miqrant ölüb

Aralıq dənizində 3 mindən çox miqrant ölüb
  05 Yanvar 2018    Oxunub:1358
2017-ci ildə Aralıq dənizi vasitəsi ilə Avropaya gedən miqrantların sayı 171 min nəfərdən çox olub. AzVision.az xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının rəsmi nümayəndəsi Coel Millman bildirib.
Onun sözlərinə görə, ötən il Aralıq dənizində 5376 mühacir və qaçqın həyatını itirib. O, qeyd edib ki, təkcə ötən il yanvarın 1-dən dekabrın 20-nə qədər Aralıq dənizində 3116 nəfər, 2016-cı il ərzində 5143 nəfər həyatını itirib.

Aralıq dənizindən əlavə, Şimali Afrikada 467, Afrikanın Saxaradan cənubdakı rayonlarında 387, Meksikadan ABŞ-a gedən marşrutda 369, Cənub-Şərqi Asiyada 298 və Yaxın Şərqdə 214 ölüm faktı qeydə alınıb.

AzVision.az


Teqlər: miqrant   Aralıq-Dənizi  





Xəbər lenti