Erməni əsgər xidmət yoldaşı tərəfindən döyülüb

  05 Yanvar 2018    Oxunub : 870
Erməni əsgər xidmət yoldaşı tərəfindən döyülüb
İşğalçı Ermənistan ordusunda nizamnamədən kənar münasibətlər zəminində insidentlər artmaqda davam edir.
AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, bu günlərdə düşmən ordusunda daha bir cinayət hadisəsi baş verib. Sailyan soyadlı hərbi qulluqçu mübahisə etdiyi xidmət yoldaşı tərəfindən avtomatın qundağı ilə döyülüb.

Komandanlıq tərəfindən hadisənin gizlədilməsi məqsədilə sifət nahiyəsi göyərən Sailyan əsgər yataqxanasında nəzarətdə saxlanılır.

AzVision.az

Teqlər: Ermənistan   Əsgər