Məmmədyarov şahmat tacı uğrunda yarışacaq

  05 Yanvar 2018    Oxunub : 970
Məmmədyarov şahmat tacı uğrunda yarışacaq
Martın 10-dan 28-dək Almaniyanın paytaxtı Berlində keçiriləcək turnirdən sonra norveçli Maqnus Karlsenlə dünya şahmat tacı uğrunda mübarizə aparacaq qrossmeysterin adı məlum olacaq.
14 raunddan ibarət turnirdə dünyanın səkkiz aparıcı qrossmeysteri iştirak edəcək. Dünya vitse-çempionu titulunun sahibi kimi 2018-ci ildə iddiaçılar arasında turnirə vəsiqə almış Sergey Karyakin ilə yanaşı, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da yarışda iştirak edəcək. Şahmatçımız FİDE-nin Qran-Pri yarışlarında uğurlarına görə turnirdə iştirak etmək hüququ qazanıb.

2017-ci ildə FİDE-nin ən yüksək orta reytinqinə malik olan amerikalı Fabiano Karuana və Uesli So, FİDE-nin Qran-Pri yarışlarında ikinci yeri tutan rusiyalı Aleksandr Qrişuk, 2017-ci il Dünya kubokunun finalçıları Levon Aronyan və çinli Din Lijen, həmçinin təşkilatçıların namizədi - rusiyalı şahmatçı Vladimir Kramnik də Berlinə gedəcək.

Dünya çempionu titulu uğrunda matç noyabrın 9-dan 28-dək Londonda keçiriləcək.

AzVision.az

Teqlər: Məmmdyarov   Şahmat