Putinin hicablı rəqibi prezident ola bilməyəcək

Putinin hicablı rəqibi prezident ola bilməyəcək
  06 Yanvar 2018    Oxunub:2021
Dağıstan müftisinin həyat yoldaşı Ayna Həmzətovanın Rusiya prezidentliyinə namizədliyi qeydə alınmayıb.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Həmzətovanın namizdliyinin qeydə alınmamasının səbəbini qeydiyyat prosedurunun pozulması ilə əlaqələndirib.

Bildirilib ki, Həmzətova özü və həyat yoldaşının maddi durumu ilə bağlı sənədləri seçki komissiyasına təqdim etməyib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri cari ilin mart ayının 18-də keçiriləcək. Prezidentliyə real namizədin hazırki ölkə başçısı Vladimir Putin olduğu bildirilir.

AzVision.az


Teqlər: Rusiya   Seçki   Prezident  





Xəbər lenti