BMT İrandakı etirazlara görə toplandı - VİDEO

BMT İrandakı etirazlara görə toplandı - VİDEO
  06 Yanvar 2018    Oxunub:2524
İrandakı etiraz aksiyaları ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası çağırılıb.
ABŞ-ın təşəbbüsü il keçirilən iclasda İranla bağlı müzakirələr aparılıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib ki, rəsmi Vaşinqton BMT Təhlükəsizlik Şurasının iclasını İranla nüvə sazişini pozmaq üçün çağırıb. Onun sözlərinə görə, ABŞ-ı İran xalqının mənafeyi maraqlandırmır.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki isə bəyan edib ki, dünya ictimaiyyəti İranda etiraz aksiyaları ilə bağlı ölkə hökumətinin atdığı addımları izləyir.



AzVision.az


Teqlər: BMT   İran  





Xəbər lenti