Final oyununda stadion çökdü - 40 yaralı

Final oyununda stadion çökdü - 40 yaralı
  06 Yanvar 2018    Oxunub:2050
Küveytdə keçirilən futbol üzrə Körfəz kubokunun finalında stadionun bariyeri çöküb.
AzVision.az-ın məlumatına görə, hadisə nəticəsində 40 nəfər yaralanıb.

Oman Sultanlığı və Birləşmiş Ərəb Əmirliklərinin milli komandaları arasında baş tutan görüşün sonunda stadionda izdiham yaşanıb. Nəticədə stadionun bariyeri çöküb. Hadisə nəticəsində 40 nəfər yaralanıb. Yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, Oman Sultanlığı və Birləşmiş Ərəb Əmirlikləri milli komandaları arasında baş tutan qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Oyun sonrası penalti zərəblərində isə omnalı futbolçular daha dəqiq olub və 5:4 hesablı qələbəyə seviniblər.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Stadion  





Xəbər lenti