Tramp kişilərdən çox qadınlara güvənir

Tramp kişilərdən çox qadınlara güvənir
  06 Yanvar 2018    Oxunub:3465
“ABŞ prezidenti kişilərdən çox qadınlara güvənir”

AzVision.az “BBC”-yə istinadən xəbər verir ki, bunu jurnalist-yazıçı Maykl Vulf (Michael Wolff) müəllifi olduğu “Od və Qəzəb. Trampın Ağ Evində” (Fire and Fury: Inside the Trump White House) adlı kitabında yazıb.
O, qeyd edib ki, qadınlarla bağlı qalmaqallara baxmayaraq, Tramp iş yerində kişilərdən çox zərif cinsin nümayəndələrinə yaxınlıq edir.

“Trampa görə qadınlar kişilərə nisbətdə daha sadiq və güvənlidir. Kişilər güclü və daha çox səlahiyyətlərə malik ola bilərlər, lakin onların öz maraqlarının olması ehtimalı olduqca yüksəkdir. Qadınlar isə öz təbiətinə görə və ya Trampın fikrincə, öz hədəflərini böyük ehtimalla bir insana yönəldirlər. Məsələn, Tramp kimi bir insana” (səhifə 200), - deyə müəllif vurğulayıb.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Tramp  





Xəbər lenti