ABŞ Ərəbistanda çevriliş edib: “Ən yuxarıya öz adamımızı qoyduq” (SENSASİYA)
Kitabda qeyd olunub ki, Səudiyyə Ərəbistanında Trampın şərəfinə 75 milyon dollar dəyərində “parti” təşkil olunub və prezident ailəsi qızıldan hazırlanan qolf maşınında gəzib.
Müəllifin fikrincə, Səudiyyə Ərəbistanın sabiq şahzadəsi Məhəmməd ben Nayeflə uzunmüddətli münasibətlərinə baxmayaraq, cənab Cared Kuşner 32 yaşlı Məhəmməd Bin Salmanla münasibət qurub. Həmçinin Məhəmməd Bin Salman martda Ağ Evə səfər üçün dəvət alıb.
Kitabda yazılanlara əsasən, Məhəmməd Bin Salman öz məqsədlərinə nail olmaq üçün Trampın bu dəstəyindən istifadə etməyə başlayıb. O, bir neçə həftə öncə Trampa onun Səudiyyə Ərəbistanına səfəri zamanı razılaşmaların elan ediləcəyi sözünü verib.
“Trampın səfərindən bir neçə həftə sonra Məhəmməd Bin Salman gecəyarısı Məhəmməd ben Nayefi həbs edərək onu varis şahzadə titulundan imtina etməyə məcbur edib və bu titulu özü götürüb. Tramp isə öz dostlarına deyib ki, o və Cared Səudiyyə çevrilişini hazırlayıb: “Biz ən yuxarıya öz adamımızı qoyduq (Səhifə 231)”- sözügedən kitabda qeyd olunub.
Eldar Tanrıverdiyev
AzVision.az