Əsəd İngiltərəni ittiham etdi

Prezidentin sözlərinə görə, İngiltərə hər addımında zorba və hegemoniyaçı ənənəni ortaya qoyur.
Əsəd həmçinin müxalifətə qarşı mübarizəni dayandırmayacağını və Suriyanı heç vaxt tərk etməyəcəyini də bildirib. O bildirib ki, İngiltərə Suriya müxaliflərinə silahla yardım etməklə, Suriyadakı vəziyyəti daha da gərginləşdirir. Bəşər Əsəd vurğulayıb ki, İngiltərə zorakılıq etməkdən başqa bir işə yaramır.