Ermənistanda ciddi sosial partlayış gözlənilir

Ermənistanda ciddi sosial partlayış gözlənilir
  06 Yanvar 2018    Oxunub:2532
2018-ci ildə Ermənistanı çətin günlər gözləyir. Ölkədə tezliklə sosial partlayış baş verə bilər.

AzVision.az xəbər verər ki, bunu müxalif “İrs” partiyasının sədr müavini Armen Martirosyan deyib.
Onun sözlərinə görə, ərzaq məhsullarının bahalaşması, sosial iqtisadi vəziyyət ölkədə kütləvi etirazlara səbəb ola bilər.

Qeyd edək ki, qiymət artımı narazı kütləni daha fəallaşıdırıb, insanlar Sarkisyan hakimiyyətinin yarıtmaz siyasətindən narazıdırlar.

Artıq vətəndaşlar anlayırlar ki, hazırki ölkə rəhbərliyi Ermənistanı uçuruma yuvarlayır, bu səbəbdən əhalinin sosial-iqtisadi durumu getdikcə pisləşir. Ermənilər vəziyyətdən çıxış yolunu etiraz aksiyaları keçirməklə Sarkisyanı devirməkdə görürlər.

AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti