Çeçenistan rəhbərinin sözlərinə gör, Osmanyurt kəndinin administrasiyasında M.Əliyeva haqda heç bir məlumat yoxdur, laki onun bu kənddən olmasına dair arayışı var: “Çeçenistan Miqrasiya Xidmətinin məlumatına əsasən, 1914-cü il təvəllüdlü Mədinə Əliyeva Çeçenistanda heç bir sənəd almayıb və burada qeydiyyatda olmayıb. Ola bilsin ki, yaşının çox olması səbəbindən Mədinə Əliyeva harada yaşadığını dəqiq xatırlamır”.
Kadırovın yazdığına görə, onun göstərişi ilə Çeçenistan nümayəndələri qadına baş çəkib, ona yardım ediblər.
“Bazar ertəsi Rusiya səfirliyinin dəstəyi ilə Mədinə Əliyevanın Azərbaycandan Çeçenistana göndərilməsinə dair məsələ öz həllini tapacaq. Hal-hazırda ona təcili kömək lazımdır. Haradan olması vacib deyil. Ona köməklik göstəriləcək, lazımi qaydada qayğısına qalınacaq”, - Kadırov vurğulayıb.
Qeyd edək ki, Çeçenistan sakini olduğunu deyən 104 yaşlı Mədinə Əliyeva Yeni il ərəfəsində Gədəbəy rayonunda küçədə tapılıb və Bakıda sığınacağa yerləşdirilib. Məlum olub ki, M.Əliyeva aldadılaraq Kərbəla adı ilə Gədəbəyə göndərilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


