İranda zəlzələ nəticəsində 21 nəfər xəsarət alıb

İranda zəlzələ nəticəsində 21 nəfər xəsarət alıb
  07 Yanvar 2018    Oxunub:2176
Şənbə günü İranın qərbində 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində azı 21 nəfər xəsarət alıb.
AzVision.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, yeraltı təkanlar Kermanşah əyalətinin Sare-Pole-Zohzab şəhərindən 8 km cənub-şərqdə qeydə alınıb. Zəlzələ ocağının yerin 40 kilometr dərinliyində yerləşdiyi bildirilir.

Zəlzələ zamanı şəhərdə 17 nəfər, şəhər ətrafında isə 4 nəfər xəsarət alıb. Yaralılara tibbi yardım göstərilib.

AzVision.az




Teqlər: İran   Zəlzələ  





Xəbər lenti