“Qəfildən Qarabağ müharibəsi başlaya bilər”

“Qəfildən Qarabağ müharibəsi başlaya bilər”
  26 Sentyabr 2013    Oxunub:6251
Beynəlxalq Böhran Qrupu “Ermənistan və Azərbaycan: risklər mövsümü” adlı hesabat hazırlayıb.
AzVision.az təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, Beynəlxalq Böhran Qrupu bu gün Dağlıq Qarabağ münaqişəsinə dair “Azərbaycan və Ermənistan: risklər mövsümü” adlı hesabatla çıxış edib.

Sözü gedən hesabatda təşkilat Ermənistanla Azərbaycan arasında qəfil müharibənin başlamasının qarşısını almaq üçün daha qətiyyətli səylər göstərməyə çağırılır.

Təşkilatın ekspertləri hesab edirlə ki, iki ölkə arasında yenidən müharibə başlaya bilər. Hesabatda danışıqların 2011-ci ildən dayandığı və hər iki tərəfin silahlanmanı və hərbi ritorikanı gücləndirildiyi qeyd olunub.

“Daxili siyasi rəqabətin də gücləndirdiyi bu gərgin situasiyada ən böyük təhlükə təsadüfi müharibədir” - deyə hesabatda bildirilir.

Təşkilatın ekspertləri göstərirlər ki, 2011-ci ildə danışıqları dayandırandan sonra tərəflər öz hərbi xərclərini daha da artırıblar və qəfil situasiyalar üçün hərbi fəaliyyət planları hazırlamağa başlayıblar. Hesabatda bildirildiyinə görə, təmas xəttində getdikcə artan atışmaların Rusiya, İran və Türkiyənin də cəlb olunduğu irimiqyaslı regional münaqişəyə çevrilməsi riski realdır.

Beynəlxalq Böhran Qrupunun qənaətinə görə, Ermənistanda müxalifətin planlaşdırılan etirazları, Azərbaycandakı prezident seçkiləri tərəflərə birbaşa danışıqlara başlamaq üçün maneə yaradır. Belə vəziyyətdə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri və Avropa İttifaqı gərginliyin artmasına imkan verməmək üçün ayıq olmalıdır. Hesabatda göstərilir ki, xüsusən Rusiya tərəfləri sülh danışıqlarını bərpa etmək üçün daha qətiyyətli səylər göstərməli, münaqişə tərəflərini silahlandırmağı dayandırmağı, həmçinin İsrail və Cənubi Koreya tərəflərə silah satışı ilə bağlı planlarına yenidən baxmalıdır.


Teqlər:





Xəbər lenti