Vəkili Əhmədinejatın həbs olunmadığını bildirib - Yenilənib

Vəkili Əhmədinejatın həbs olunmadığını bildirib - Yenilənib
  08 Yanvar 2018    Oxunub:10343
Vəkil Adil Heydəri İranın sabiq prezidenti Mahmud Əhmədinejatın həbs olunması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

AzVision.az TASS-a istinadən xəbər verir ki, eks-prezidentin hüquqlarını müdafiə edən Adil Heydəri Əhmədinejatın həbs olunmadığını deyib.
Onun sözlərinə görə, Əhmədinejatın həbsinə dair məlumatlar həqiqətə uyğun deyil.

***
(14:06)
İranın sabiq prezidenti Mahmud Əhmədinejat həbs edilib.

AzVision.az xəbər verir ki, bu barədə “Əl-Qüds əl-Arabi” agentliyi məlumat yayıb. Sabiq prezidentin həbsi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

İddia olunur ki, Əhmədinejat İrandakı hökumət leyhinə etirazlara dəstək verdiyinə görə həbs olunub.

AzVision.az




Teqlər: İran  





Xəbər lenti