Stokholm metrosunda partlayış - Ölən və yaralı var (Yenilənib)

Stokholm metrosunda partlayış - Ölən və yaralı var (Yenilənib)
  07 Yanvar 2018    Oxunub:3850
Stokholm metrosunda partlayış zamanı yaralanan 60 yaşlı kişi ölüb.
"RİA Novosti"-nin verdiyi xəbərə görə, bu barədə İsveç polisi məlumat yayıb.

Bildirilib ki, partlayışda yaralanan 45 yaşlı qadın ölən kişinin həyat yoldaşıdır. Üzündən və ayağından yaralanan qadın xəstəxanaya yerləşdirilib.

Polis qətl və ictimai təhlükəsizliyə qarşı cinayətlə bağlı ilkin təhqiqata başlayıb.

***
(15:50)

İsveçin paytaxtı Stokholmda metro stansiyasında partlayış olub.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış stansiyanın çıxışında baş verib. Məlumata görə, naməlum şəxsə məxsus əl qumbarası partlayıb.

Hadisə nəticəsində 2 nəfərin yaralandığı bildirilir.

AzVision.az


Teqlər: İsveç   Metro   Partlayış  





Xəbər lenti