İran məktəblərində ingilis dili qadağan edildi

İran məktəblərində ingilis dili qadağan edildi
  08 Yanvar 2018    Oxunub:3342
Ötən həftə etiraz aksiyaları ilə gündəmə gələn İranda növbəti radikal qərar qəbul edilib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İranda orta məktəblərdə ingilis dilinin tədrisi qadağan olunub.
İranın ali dini lideri ayətullah Əli Xamenei bildirib ki, erkən yaşlarda xarici dilin öyrənilməsi mədəni işğala səbəb olur. İran rəsmiləri hesab edirlər ki, dövlət və özəl məktəblərdə ingilis dilinin öyrədilməsi qanunazidd və yolverilməzdir.

AzVision.az


Teqlər: İran   İngilis-dili  





Xəbər lenti