Suriyada güclü partlayış - 30 ölü, 70 yaralı

Suriyada güclü partlayış - 30 ölü, 70 yaralı
  08 Yanvar 2018    Oxunub:2088
Suriyanın İdlib şəhərində güclü partlayış olub.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, partlayış avtomobillərin saxlanıldığı ərazidə baş verib. Hadisə nəticəsində azı 30 nəfər ölüb, 70 nəfəri isə xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Əraziyə çoxlu sayda xilasedici briqada və təcili tibbi yardım maşınları cəlb olunub. Hazırda dağıntılar altında qalan şəxslərin çıxarılması üçün iş aparılır.

AzVision.az


Teqlər: Suriya   Partlayış  





Xəbər lenti